İsrailin hücumları və mühasirəsi altında olan Qəzza zolağında humanitar böhran günü-gündən çətinləşir. Ağır şəraitdə yaşayan fələstinlilər aclıq və qida çatışmazlığı ilə mübarizə aparır.
"Unikal" xəbər verir ki, qida çatışmazlığından əziyyət çəkən 10 yaşlı fələstinli Yezen Əl-Kfarna Rəfah şəhərindəki Əbu Yusuf Əl-Nəccar xəstəxanasında məhdud imkanlarla müalicə alır.
Əl-Kfarnanın İsrailin qeyri-insani rəftarı ucbatından düşdüyü vəziyyət isə ürəkləri ağrıdıb.
Digər tərəfdən İsrailin ac-susuz qalmağa məcbur etdiyi Qəzza zolağında analar qida çatışmazlığı səbəbindən körpələrini əmizdirə bilmirlər.
Qəzzada uşaqları xilas etmək üçün Ümumdünya Səhiyyə Təşkilatına çağırış edilib.
Gülayə Mecid