"Əgər kömək olmasa, Ukrayna ordusu tezliklə hərbi əməliyyatları davam etdirə bilməyəcək və məğlubiyyətə uğrayacaq. Mənim qiymətləndirməmə görə, bu, yazın sonu və ya yazın əvvəlində baş verəcək".  

"Unikal" xəbər verir ki,  bunu Polşa Ordusu Baş Qərargah rəisinin keçmiş müavini, general Leon Komorniçki PAP portalına müsahibəsində deyib. 

Onun fikrincə, zamanla Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları aparmaq qabiliyyətini tamamilə itirəcək və Qərbin köməyi olmadan Ukrayna hərbçiləri tamamilə tükənəcək.

Ukraynanın uğurlu hərbi əməliyyatları 90% ukraynalıların özündən deyil, “Qərbdən gələn hərbi yardımdan” asılıdır. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq  Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin son dərəcə çətin olduğunu etiraf edib.