“Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, onun əlində yüksək rütbəli alman Bundesver zabitlərinin Krım körpüsünə endirilən zərbələri müzakirə edən səs yazısı var.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Simonyan qeyd edib ki, alman hərbçiləri  ABŞ və Britaniyadan olan həmkarlarını ilə bu məsələni müzakirə ediblər. 

"Alman əsgərləri səs yazısında Krım körpüsünü necə partlatacaqlarını müzakirə ediblər", - Simonyan yazıb. 

O,  başqa təfərrüatları açıqlamayıb. 

Gülayə Mecid