Almaniyanın Aşağı Saksoniya əyalətinin Şessel yaşayış məntəqəsində bir əsgər şəxsi evdə atəş açaraq 4 nəfəri öldürüb.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, ölən şəxlər şübhəlinin keçmiş sevgilisi, onun övladı və anasıdır. Məlumata görə, atışma gecə saat 3:30 radələrində baş verib. Bir müddət sonra hadisə yerinə gələn polis binaya basqın edib.
Hərbçi isə saxlanılıb.
Gülayə Mecid