Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci Kanal”a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, hazırda yalnız ilkin nəticələr var. 

Tezliklə sülh sazişinin imzalanması məqsədilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.