Bakıda ikimərtəbəli ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 1 otağında ev əşyaları yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.