“Hadisə dünən saat 5-də baş verib. Dostları ilə həyətdə oynadığı vaxt üç it hücum edib, parçalayıb”.

"Unikal" xəbər verir ki, bu sözləri martın 3-də “Qobu Park”da itlərin hücumuna məruz qalan azyaşlının anası Fatma Şahbazova "Baku tv"yə deyib.

O bildirib ki, it övladının bütün bədənini parçalayıb.

“Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ilə ciddi maraqlansınlar. Bu hadisə hamının başına gələ bilər”.
Uşağın babası Səfər Şahbazovun sözlərinə görə, yaşadıqları ərazidə başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıblar:

“Üç it hücum edib, uşağı dişləyib. Cavan bir oğlan görüb, çətinliklə xilas edib. Uşağın qolu, ayağı pis vəziyyətdədir”.