46 yaşlı Fransa prezidenti Emmanuel Makronun ögey qızı - 70 yaşlı həyat yoldaşı Bricitin birinci evliliyindən olan qızı ilk dəfə danışıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Belə ki, Bricit Makronun 40 yaşlı vəkil olan qızı Tifayn Auzier Parisin “Match” jurnalına verdiyi müsahibə ilə gündəm olub. O, anası ilə Makron arasındakı sevginin həyatına nə qədər təsir etdiyini açıqlayıb. Auzier müəllim anasının özündən 25 yaş kiçik tələbəsi Emmanuel Makronla münasibətdə olduğunu öyrənəndə 10 yaşında olduğunu və bu münasibətin onu çox narahat etdiyini bildirib.

Zərifə Nağıyeva