Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. 

“Unikal” xəbər verir ki, əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur. 

Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib. 

Əlavə məlumat veriləcək.

***

16:45

Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb.

"Unikal"ın məlumatına görə, açıqlamada deyilir ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb:

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik".

Prokurorluq bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.

***

16:19

Bu gün mətbuatda hüquq-mühafizə orqanları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirildiyinə dair məlumat yayılıb.

Gəncə şəhər İcra Hakimiyyətindən "Unikal"a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Adıçəkilən şəxslər hazırda vəzifələrinin icrasını davam etdirirlər.