Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev dəm qazından boğulub. 

"Unikal" xəbər verir ki, valideynləri ayrıldıqdan sonra Elçin uşaqlıqdan tək yaşayıb.

O, Respublika üzrə keçirilən olimpiadanın qalib olub və oxuduğu məktəbə qızıl medal gətirib. Müəllimləri tərəfindən universitetə təmənnasız hazırlaşdırılan Elçin BDU-nun hüquq fakültəsinin seçilən tələbələrindən olub.

*** 16:44

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.

Bu barədə "Unikal"a BDU-dan məlumat verilib.

Qeyd edək ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub.