Avropanın ən güclü 5 liqasının futbolçularından ibarət rəmzi komanda açıqlanıb.
"Unikal" xəbər verir ki, "böyük beşlik"də baş tutan hər turdan sonra müəyyənləşdirilən “11-lik” bu dəfə 3-4-3 düzümünə uyğun tərtib olunub.
"11-liy"ə İspaniya La Liqasından 3, Fransa, İngiltərə, Almaniya və İtaliyanın elit çempionatlarının hərəsindən isə 2 futbolçu düşüb:
Qapıçı: Radoslav Mayetski (“Monako”, Fransa)
Müdafiəçilər: Serxio Ramos (“Sevilya”, İspaniya), Kristian Romero (“Tottenhem”, İngiltərə), Xose Manuel Kopete (“Malyorka”, İspaniya)
Yarımmüdafiəçilər: Conatan Klauss (“Olimpik Marsel”, Fransa), Camal Musiala (“Bayern Münhen”, Almaniya), Lyuis Ferqyuson (“Bolonya”, İtaliya), Aleks Qrimaldo (“Bayer Leverkuzen”, Almaniya)
Hücumçular: Fil Foden (“Mançester Siti”, İngiltərə), Aleksander Sorlot (“Vilyarreal”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)