İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti azadlıqdan məhrum oluna bilər.
"Unikal" xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin vergidən yayınması səbəb ola bilər.
Belə ki, italiyalı çalışdırıcı 2014-2015-ci illərdə 1 milyon avrodan artıq gəlirini vergidən gizlədiyi üçün Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə həbs olunmasını istəyib.
O, yalnız “kral klubu”nda qazandığı məvacibi vergi müfəttişliyinə göstərib və digər əlavə gəlirlərini isə gizlədib.
Qeyd edək ki, Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.