"Qarabağ" UEFA Avropa Liqasında Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyununda ağdamlıllar qələbə qazanıb.
Azərbaycan futbolu adına tarixi matçın ilk hissəsi "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyü qorumağa çalışan "köhlən atlar" 70-ci dəqiqədəki səhvlə qapısında qol görüb.
Qarşlıqlı hücumlar şəraitində keçən matçda almanlar təşəbbüsü ələ alıb və əsas vaxta əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib.
Bununla da Almaniya təmsilçisi 34 oyunluq məğlubiyyətsizlik seriyasının qırlmasına son anda imkan verməyib.