"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".
"Unikal" xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı fikirləşə bilərik".
Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi".
O, "köhlən atlar"ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: "Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Onlar uzun müddət avrokubokda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür".