Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.
"Unikal" xəbər verir ki, daha bir oyun keçirilib.
Günün ilk matçı Tovuzda oynanılıb. Yerli “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və 80-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atan braziliyalı hücumçu Aleks Souza “Turan Tovuz”a 2:0 hesablı qələbə qazandırıb.
Bu qalibiyyət sayəsində yeddinci pillədəki tovuzlular xallarının sayını 35-ə çatdırıblar. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci yerdə qalıb.