İngiltərə Premyer Liqasının 28-ci turunun mərkəzi oyunu kimi “Liverpul” və “Mançester Siti” komandaları qarşılaşıblar.
"Unikal" xəbər verir ki, oyun Liverpuldakı Enfild stadionunda baş tutub. Görüşün baş hakimi Maykl Oliver idi.
Qarşılaşmada hesabı 24-cü dəqiqədə qonaqlar açıblar. Müdafiəçi Con Stounz fərqlənib. Meydan sahibləri 50-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Aleksis Mak Allister penaltidən yararlanıb.
İngiltərə çempionatının 28 turundan sonra “Liverpul” 64 xalla ikinci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra “Mançester Siti” 63 xalla üçüncü yerdədir.