Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, günün maraqlı matçı "Fənərbağça" və "Pendikspor" arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akpunar açıb. Mərt Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçirib. Fərdi Kadıoğlu 90+4-cü dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 90+9-cu dəqiqədə İrfan Can Kahveçi müəyyənləşdirib.
Günün digər oyunlarında "Kasımpaşa" "İstanbulspor"u, "Samsunspor" "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Hatayspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran "Fənərbağça" 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla "Qalatasaray" başçılıq edir.