İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Ronaldo Nazario Cud Bellingem barədə fikirlərini bölüşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı braziliyalı veteran hücumçu ingiltərəli yarımmüdafiəçinin oyununu bəyəndiyini bildirib:
“Bellingemi izləmək mənə zövq verir. O, demək olar ki, bütün matçlarda qol vurur və günü-gündən daha da inkişaf edir. “Real Madrid”in görüşünü stadiondan canlı izlədiyim zaman ona heyran qaldım. Cud mənə bir az Zinəddin Zidanı xatırladır”.
Qeyd edək ki, Ronaldo Nazario 2002-2007-ci illərdə “kral klubu”nun şərəfini qoruyub. Cud Bellingem isə bu mövsüm “Real Madrid”in heyətində 31 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.