“Kəpəz”in ikinci komandasının məşqçisi Orxan Verdiyev cəzalanıb.
"Unikal" xəbər verir ki, buna çalışdırıcının Əvəzedicilər liqasının XXVI turundakı davranışı səbəb olub.
Məşqçi “Kəpəz-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Verdiyev cəzalandıqdan sonra hakimə təzyiq göstərməyə cəhd edib.
AFFA-nın İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib. “Kəpəz-2” komandası 400 manat cərimə olunub.