Son zamanlar PSJ-dən ayrılması və İspaniya nəhəngi "Real Madrid"ə keçəcəyi xəbərləri ilə gündəmə gələn fransız ulduz futbolçu Kilian Mbappe bu dəfə də fərqli hadisə ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, futbolçu menyuda adı hallanan restoranı məhkəməyə verib. Belə ki, Marsel tərəfdarı olan kabab restoranının menyusunda “Kilian Mbappenin başı kimi yumru çörək ilə..” sözü yer alıb.
Bundan xəbərdar olan Mbappe restoran sahibi Mohamed Henninin məsuliyyətə cəlb edilməsini tələb edib.
Zərifə Nağıyeva