İngiltərənin “Arsenal” komandası futbolçusu Ben Uayt ilə müqavilə müddətini uzadıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2028-ci ilin yayınadək yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Ben Uayt bu mövsüm “topçular”ın heyətində ümumilikdə 38 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.