“Bu, sadəcə inanılmaz bir sonluqdur. Son dəqiqələr əsl həyəcan yaşadıq. Son saniyəyə qədər mübarizə apardıq".
"Unikal" xəbər verir ki, bu sözləri "Bayer"in futbolçusu Patrik Şik UEFA Avropa Lİqasının 1/8 finalının "Qarabağ"la cavab oyunundan sonra deyib.
Çexiyalı hücumçu UEFA-ya açıqlamasında "Qarabağ" haqda xoş sözlər deyib: "Rəqibimiz ancaq tərifə layiqdir. Onlar Bundesliqadakı rəqiblərimizdən fərqli oynayırlar. Buna görə də bizim üçün asan olmadı".
"Qarabağö"la oyunun son dəqiqələrdində 2 qol vuraraq komandasına qələbə qazandıran futbolçu bildirib ki, növbəti mərhələdə istənilən rəqibə qalib gələ bilərlər: "Hücumçu kimi meydana çıxmaq və həlledici qollar vurmaq inanılmaz dərəcədə faydalıdır. İndi biz Avropa Liqasının 1/4 finalını gözləyirik. Növbəti rəqibimizin kim olmasının fərqi yoxdur. Biz hər kəsi məğlub etməyə qadirik”.