“Qarabağ”a əsas vaxtda qalib gələcəyimizə inanmırdım.
“Unikal” xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis RTL-ə açıqlamasında 90+3-cü dəqiqədə hesabı 2:2 etdikləri zaman özünü əlavə 30 dəqiqəyə hazırladığını bildirib: “Həmin anda artıq beynimdə əlavə ediləcək dəqiqələrə köklənmişdim. Qısa fasilədə futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları verəcəyimi düşünürdüm. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Ən yaxşı “Bayer 04” meydanda olmaya bilərdi. Ancaq yaxşı reaksiya verdik”.
Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.