Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Qeyd edək ki, qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.