Aprelin 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbin direktor müavini Asəf Vəliyevin 60 illik və  “Dağıstan küçəsi 36” (151 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nazir Əhmədovun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, YAP Nəsimi rayon təşkilatın sədri Azər Süleymanov yubilyarları doğum günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı arzulayıb, onların ictimai-siyasi fəaliyyətlərində hər zaman fəal mövqe ilə seçildiklərini deyib.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürlərini bildirən Asəf Vəliyev və Nazir Əhmədov Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduqlarını bildiriblər.