Fransanın paytaxtı Parisdə yaşayış binasında güclü partlayış olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Parisin "11-ci məhəllə" adlanan ərazisində yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayışda 3 nəfər ölüb. Yaralananlar var. Əraziyə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Zərifə Nağıyeva