İDF döyüşçüləri Livanın cənubunda Livanın şiə "Hizbullah" hərəkatının Radvan qüvvələrinin komandiri Əli Əhməd Hassini öldürüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusu "Telegram"da məlumat yayıb. 

Açıqlamaya görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar "Hizbullah" hərəkatında Radvan qüvvələrinə komandanlıq edən Əli Əhməd Hassini vuraraq öldürüblər.

Onun “İsrail mülki əhalisinə qarşı terror hücumları” törətməkdə məsuliyyət daşıdığı bildirilir.

Gülayə Mecid