Nigeriyanın Katsina əyalətində fidyə müqabilində girov götürülən onlarla insan xilas edilib.

"Unikal" xəbər verir ki, bu barədə əyalət polisinin sözçüsü Abubakar Sadiq Aliyu açıqlama yayıb. 

Onun sözlərinə görə, polis martın 1-dən 31-dək əyalətin müxtəlif yerlərində silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlarda 5 silahlı dəstə üzvünün öldürüldüyünü, 64 silahlı dəstə üzvünün isə ələ keçirildiyi bildirilib. 

Həmçinin, əməliyyat nəticəsində 100-dən çox insan xilas edilib. 

Zərifə Nağıyeva