Rusiya silahlı qüvvələri Jitomir vilayətində Ukrayna Silahlı Qüvvələrinin neft anbarını vurub, bundan sonra orada güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

"Novoqrad-Volinskdə güclü zərbə... Rus ordusu düşmənin neft anbarını darmadağın etdi. “Geran” pilotsuz uçan aparatları Jitomir vilayətində yanacaq anbarlarına düşüb, güclü yanğın baş verib", - deyə məlumatda qeyd olunub. 

Yanğından əvvəl bölgədə hava hücumu xəbərdarlığı elan edilib. Digər təfərrüatlar barədə məlumat verilmir.