Almaniyanın müdafiə naziri Boris Pistorius təntənəli şəkildə Litvaya 20 əsgər göndərib. Onları Berlin hava limanında yola salıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pistorius bu günü “Bundesver üçün böyük və mühüm gün” adlandırıb.

"Birlik Almaniyadan kənarda yerləşdirilir, yerləşdirməyə başlanılıb. Bu, həm NATO, həm də alyansın müdafiə qabiliyyəti üçün mühüm gündür ", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Almaniya ordusunun bütöv bir briqadası tezliklə Litvada yerləşdiriləcək. Aydınlaşdıraq ki, Litvaya uçan ilk 20 əsgər könüllü olub.

Bundan əvvəl alman politoloq və iqtisadçı İke Hamer Almaniyanın Litvaya qoşun göndərməsini tələsik qərar adlandırıb. O, bu hərəkətin Rusiya ilə bütün razılaşmaları pozduğuna diqqət çəkib.

Gülayə Mecid