Rusiyanın Samara vilayətinin Kinel-Çerkassı rayonunda su basmış ərazinin 8 sakininin təxliyəsi zamanı qayıq aşıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, qayığın ağaca çırpılması nəticəsində Poludni kənd sakinləri suya düşüb. Lakin geyindikləri jilet onları xilas edib. 

Hadisə şahidlərinin sözlərinə görə, qayığı idarə edən şəxs sərxoş olub.

Xatırladaq ki, hazırda Rusiyanın bir sıra regionlarında daşqınlar davam edir. İndiyə qədər minlərlə insan təxliyə edilib. 

Ağarza Elçinoğlu