El Salvador yüksək ixtisaslı əcnəbi işçilərə 5 min "pulsuz pasport" verəcək.

"Unikal" xəbər verir ki, bu barədə El Salvador prezidenti Nayib Bukele açıqlama verib. O, alim, mühəndis və həkim kimi yüksək ixtisaslı əcnəbi işçilərə 5 min “pulsuz pasport” veriləcəyini bildirib. 

Həmçinin, o, bu insanların da səsvermə hüququ daxil olmaqla tam vətəndaşlıq statusu alacağını bildirib. 

Zərifə Nağıyeva