"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 final mərhələsində "Atalanta"ya qarşı keçirəcəkləri oyunları şərh edib.
"Unikal" "Eurosport"a istinadən xəbər verir ki, mütəxəssis "mersisaydlılar"la Avropa Liqasının qalibi olmaq istədiyini bildirib:
"Mövsümə başlamazdan əvvəl Avropa Liqasında bacardıqca irəli getmək istəyirdik. İndi "Atalanta"nı məğlub etməliyik. Çətin olacaq. "Atalanta" yaxşı komandadır. Cənab Qasperini bir neçə ildir ki, orada inanılmaz işlər görür. Düzünü desəm, onlarla mübarizə aparmaq üçün azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Aydındır ki, bu, hələ ilk oyundur. Cavab matçı səfərdə olacaq və yəqin ki, rəqibi orada yaxşı dəstəkləyəcəklər.
1/4 finala hazırıq. Mən futbol adamıyam. Avropa Liqasını qazanmağı çox arzulayıram".
Qeyd edək ki, "Liverpul" və "Atalanta" arasında ilk matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Klopp cari mövsümün sonunda "Liverpul"dan ayrılacaq.