Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sisteminin lazımi anda işləmədiyini bildirib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı müxalifətin hakimiyyətin Rusiya ilə münasibətləri korlaması ilə bağlı qınaqlarına cavab olaraq, təhlükəsizlik razılaşmalarının nəticə vermədiyini bildirib.

"Bilirsiniz ki, qanuna görə, hava hücumundan müdafiə sistemi erməni tərəfinin göstərişi ilə işə salınmalı idi. Biz lazımi vaxtda əmr verdik, lakin hava hücumundan müdafiə sistemi işə düşmədi. Bu cür faktlar çoxdur”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyan hesab edir ki, əgər indiki hakimiyyət Rusiya ilə münasibətləri lazımınca qura bilməyibsə, o zaman müxalifətin özü hakimiyyətdə olarkən bunu edə bilərdi.