ATƏT-in Minsk Qrupu rəhbərləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

"İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, amma bu ATƏT-in Minsk Qrupu Ermənistan Respublikası ilə bağlı legitim geosiyasi rəqabət deyildisə, nə idi? Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-nin, Rusiyanın, eləcə də Minsk qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib bunu edəcəklər. Onların elədikləri elə budur. 

Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: bu o deməkdir ki, siz geosiyasət subyekti deyilsiniz, amma nə bilim, sizi zorla torbaya salıblar. 30 il çuval kimi atıldıq: əvvəl bir tərəfə, sonra digər tərəfə. Görmədinizmi ki, gəlib bura dedilər: bunu deyin, sonra gedib ATƏT-də başqa cür səs verdilər. Geosiyasi rəqabət deyilsə, bu nədir? Əksinə, biz "bircə dəqiqə, cənablar, ölkə var, hökumət var, xalq var deyərək" Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik”, - deyə Nikol Paşinyan bildirib.