2024-cü il iyulun 3-də Minskdə MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bu tədbirə hazırlıq Belarusun müdafiə naziri Viktor Xrenin ilə MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının katibi Yuri Daşkinin görüşündə müzakirə olunub.

Bildirilir ki, işgüzar görüş zamanı Birlik formatında çoxtərəfli hərbi əməkdaşlığın cari məsələləri müzakirə olunub.