Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) vətəndaşların kütləvi toplaşdığı bir vaxtda Moskvada sinaqoqda planlaşdırılan terror aktının qarşısını alıb.

"Unikal" xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb. 

Terror planlaşdıran 2002-ci il təvəllüdlü şəxsin Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.

O, müqavimət göstərəkən zərərsizləşdirilib.