Rusiya lideri Vladimir Putin bildirib ki, ölkəsi Ukraynadakı problemin həlli üçün konstruktiv danışıqlara hazırdır.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, lakin Putinin sözlərinə görə, bugünkü reallıqlara əsaslanmayan mövqelərin tətbiqinə imkan verməyəcək. 

“Məqsədimiz hamını çətin vəziyyətə salmaq deyil. Əksinə, biz konstruktiv işləməyə hazırıq. Amma təbii ki, bizə reallığa əsaslanmayan heç bir mövqe qoyula bilməz”, - deyə Putin bildirib.