"Belarus heç kimlə döyüşmək fikrində deyil, özümüzün kifayət qədər problemi var".

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. 

O, Aİ ölkələri ilə sərhəddəki vəziyyəti “çətin” adlandıraraq, ölkəsinin heç kimlə döyüşmək fikrində olmadığını vurğulayıb.

“Çətin vəziyyətdir. Məni ən çox narahat edən Polşa rəhbərliyinin mövqeyidir. Litvalılar təlimlər keçirirlər və onlar may ayında daha çox təlim keçirməyi planlaşdırırlar. Sərhəddə baş-başa dayanırıq. Litvaya, Polşaya batalyonlar köçürüldü. Biz təbii ki, öz bölmələrimizi yerləşdirməyə və onlara qarşı çıxmağa məcbur olduq. Bilmirəm bu onlara nə üçün lazımdır. Biz heç yerdə döyüşmək fikrində deyilik. Onlar deyirlər ki, sabah Lukaşenko və Putin Avropanı ələ keçirəcək. Biz bunu heç vaxt müzakirə etməmişik, kifayət qədər öz problemimiz var”, - deyə Lukaşenko qeyd edib.