Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.