Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Gəncədə ev yanıb, bir nəfərin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində baş verib. Həmin ünvadan  yerləşən fərdi yaşayış evində yanğın olub.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evdən 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyti tapılıb.

Əraziyə polis və təcili tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov