"Bavariya"nın hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır.
"Unikal" xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb. 34 yaşlı futbolçu Münhen təmsilçisi ilə müqaviləsi başa çatan kimi - 2025-ci ilin yayında karyerasını başa vuracaq.
"Bavariya" Müllerə uyğun mövqe təklif edərək onu klubda saxlamaq istəyir. Lakin almaniyalı oyunçu qərarını dəyişmək niyyətində deyil.
Qeyd edək ki, Tomas Müller 2009-cu ildən "Bavariya"da oynayır. "Transfermarkt" portalı onun transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.