Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (kulli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən "Pantamimo" teatrının sabiq mühasibinin məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ev dustaqlığında olan Aytən Kərimovanın cinayət işi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək A.Kərimovanın ümumi olaraq 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Aytən Kərimova dəymiş ziyandan 27 min manat pul ödəyib, yüngülləşdirici hal kimi isə himayəsində bir azyaşlı övladının olmasıdır.
Məhkəmə prosesi 13 may 2024-cü il tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.
A.Kərimova teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.
Azər İsrafilov