Mərhum rusiyalı siyasətçi Aleksey və onun xanımı Yuliya Navalnı beynəlxalq “Media Azadlığı Mükafatı” laureatları adına layiq görülüblər.
"Unikal" xəbər verir ki, mükafatlandırma mərasimi aprelin 19-da Almaniyada Lüdviq Erhard Sammitində baş tutub. Yuliya Navalnaya mükafatı öz və mərhum ərinin adından qəbul edib.
Onlar bu mükafata “müqavimət hərəkatında göstərdikləri şücaət” və “Rusiyadakı qeyri-zorakı mübarizəyə görə” layiq görülüblər.
Xatırladaq ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, Yuliya Navalnaya ilə evli idi, iki övladı var.