Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yulian Naqelsmannla müqaviləni uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Tərəflər müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalayıblar.
Xatırladaq ki, Naqelsmann ötən ilin sentyabrından Almaniya millisinin baş məşqçisidir. 36 yaşlı mütəxəssis daha əvvəl “Bavariya”, “Leyptsiq” və “Hoffenhaym”ı çalışdırıb.
Bir müddət əvvəl mətbuatda "Liverpul"un və "Bavariya"nın Naqelsmannın xidmətində maraqlı olması ilə bağlı xəbərlər yayılmışdı.