ATƏT-in Minsk qrupunun ilk rusiyalı həmsədri Vladimir Kazimirov vəfat edib.
“Unikal” xəbər verir ki, V. Kazimirov 95 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V. Kazimirov Kosta Rikada, Venesuelada və Trinidad və Tobaqoda səfir işləyib. O, Rusiya Xarici işlər nazirliyinin Latın Amerikası və Afrika üzrə şöbələrinə rəhbərlik edib. 1992-ci ilin iyunundan Rusiyanın ATƏT-in Minsk qrupunda nümayəndəsi, sonra isə onun Rusiyadan olan həmsədri (1995-ci ilin yanvarından 1996-cı ilin sentyabrına qədər) olub.