Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən açıq Avropa açıq çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, idmançımız yarışın üçüncü günündə 100 metr məsafəyə brass üzmə üsulunda finişə birinci çatıb.
Qeyd edək ki, turnirin ilk günündə digər idmançımız Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda isə gümüş medal qazanıb.