Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal - hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.