Bakı Beynəlxalq Avtovağzal Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayan tədbirdə çıxış edənlər ulu öndərin keçdiyi mübarizə dolu siyasi həyatından bəhs ediblər.

Bildirilib ki, müasir Azərbaycanın memarı olan dahi şəxsiyyətin irsi bundan sonra da daim yaşayacaq.

Tədbir Sumqayıt şəhəri, Səid Rüstəmov adına 3 nömrəli uşaq-incəsənət məktəbi şagirdlərinin vətənpərvərlik haqqında ifaları ilə sona çatıb.