Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Bankə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirilib.  ⠀

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Bankə qəsəbəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “Ulu Öndər Heydər Əliyevin ideyaları, müstəqil Azərbaycanımızın davamlı inkişafının əsas təməlidir”    mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi dünyada tanıtması, inkişafı, xalqının xoşbəxt-firavan yaşaması üçün gördüyü işlər haqqında iştirakçılara məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  bildirib ki, Ümummilli Lider Heydər Əliyevin irsində, dövlətçilik təlimində müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər mühüm yer tutur. Ümummilli Liderin dövlətçilik düşüncəsinin əsasını müstəqillik ideyası təşkil edir. O, müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünüdərkinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışıb. O yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmlə mübarizə aparıb. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyasını məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratmağı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın iradəsi və təkidi ilə təkrar yenidən siyasi hakimiyyətə gəlməsi, ölkəmizin təhsil, səhiyyə, ordu quruculuğu, idman və digər sahələrdə görülən yenidənqurma işləri, ölkəmizin inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması, ölkəmizin dünya dövlətləri arasında lider dövlətə çevrilməsi haqqında danışıb.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.